DİN ana və övladının öldüyü qəza ilə bağlı məlumat yayıb

DİN ana və övladının öldüyü qəza ilə bağlı məlumat yayıb
# 20 aprel 2021 12:14 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) ötən gün Hava Limanı yolunda ana və övladının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyinin saytına istinadən məlumata görə, aprelin 19-da saat 21 radələrində Sabunçu rayonu ərazisində Yevlax rayon sakini T.Tağıyev idarə etdiyi “Ravon” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Gülnar Yunislini, oğlu Yusmiri və bacısı F.Cəfərovanı vurub. Nəticədə G.Yunisli və oğlu hadisə yerində ölüb, F.Cəfərova xəstəxanaya yerləşdirilib.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR