DİN avtobus qaçıran şəxsin polis idarəsində döyülməsi ilə bağlı iddialara cavab verib

DİN avtobus qaçıran şəxsin polis idarəsində döyülməsi ilə bağlı iddialara cavab verib
# 09 fevral 2021 18:37 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə seqmentlərində Sumqayıt Polis İdarəsində vətəndaşın döyülməsi və idarənin zirzəmisində saxlanılması ilə bağlı yayılan iddialara cavab verib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, qeyd olunan halların bütün xüsusatları araşdırılır: “Vətəndaşın Sumqayıt şəhərində iri tutumlu avtobusla sərxoş vəziyyətdə axşam saatlarında avtoxuliqanlıq hərəkətləri ilə müşaiyət olunan əməllərinin videogörüntüləri sosial şəbəklərdə yayılaraq, geniş ictimai rezonans yaradıb. Ailə üzvlərinin ictimai təhülkəli əməl törədən şəxsiin üzərindən cinayət təqibini dayandırmaq, yaxud dəyişdirmək məqsədilə əsassız, həqiqətəuyğun olmayan məlumatlar yayır.

Daha böyük faicə ilə nəticələnə biləcək bu hərəkətin qarşısını almaq üçün polislər süni tıxac yaratmaq məcburiyyətində qalıblar. Avtobus yüksək sürətlə taxacdakı polisin xidməti avtomobilinə çırpılıb. Sürücünün sifət nahiyyəsi sükana dəyərək, burun çəpərinin zədələnməsi burun və gözətrafı nahiyədə göyərmə, ödem (şişkinlik) yaranıb".

Vətəndaşın zirzəmidə saxlanmasına da toxunan E.Hacıyev əlavə edib ki, o zirzəmidə yox, törətdiyi əmələ görə məhkəmə hökmünə əsasən istintaq təcridxanasına yerləşdirilib: "Hazırda şəhər prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, istintaq hərəkətləri davam etdirilir. Vətəndaşın xəsarət alması nəticələnən hala görə ekspertiza təyin edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR