DİN avtomobil sahiblərinə müraciət edib

DİN avtomobil sahiblərinə müraciət edib
  • Clock-gray 12:05
  • calendar-gray 27 Oktyabr 2020

Bakıda avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Məmmədov oktyabrın 25-də rayon ərazisindəki avtomobillərin yuyulması məntəqələrinin birindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ağdaş rayon sakini N.Məmmədov oktyabrın 26-da Talıblı küçəsində avtomobillə birgə saxlanılıb. 

Daxili İşlər Nazirliyi məlum hadisə ilə bağlı sürücülərə müraciət edib. Müraciətdə deyilir ki, təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən mümkün qədər məntəqəyə yaxın ərazidə olmağa çalışın, avtomobilinizi təsadüfi deyil, tanıdığınız, məsuliyyətli insanlara etibar edin: "Unutmayın ki, bəzən etinasız yanaşdığımız bir hal sonradan bərpası mümkün olmayan fəsadlara yol aça bilər".

Səlcuq Elçin

Digər xəbərlər