DİN-in şöbə rəisi: "Mühafizə Polisi tərəfindən ötən il ictimai qaydanı pozan 1284 nəfər saxlanılıb"

DİN-in şöbə rəisi: "Mühafizə Polisi tərəfindən ötən il ictimai qaydanı pozan 1284 nəfər saxlanılıb"
# 22 yanvar 2021 12:21 (UTC +04:00)

"Oğurluq hallarına qarşı daxili işlər orqanları tərəfindən kompleks profilaktik tədbirlər diqqət mərkəzində saxlanılır”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, ölkəmizdə DİN Baş Mühafizə İdarəsi ən müasir tələblərə və standartlara uyğun etibarlı fəaliyyət göstərir: “Respublika üzrə mühafizəyə cəlb edilən 22194 obyekt, 6815 mənzildə təhlükəsizlik sistemi mülkiyyət cinayətlərinə qarşı sipərə çevrilib.

Təhlükəsizlik sisteminin imkanlarından yararlanmaqla, mühafizə qurumları tərəfindən ötən il mühafizə olunan 170 yaşayış evi və obyektə oğurluq məqsədilə edilən müdaxilənin qarşısı alınaraq, 74 nəfər şübhəli şəxs “isti izlər”lə tutularaq, istintaq orqanlarına təhvil verilib. Eləcə də mühafizə polisinin xidməti marşrutlarında cinayət törədən 237, axtarışda olan 87 nəfər, ictimai qaydanı pozan 1284 nəfər müəyyən olunaraq saxlanılıb”.

Şöbə rəisi daxili işlər orqanları tərəfindən tətbiq olunan texnologiyanın etibarlılığına toxunaraq qeyd edib ki, mühafizə olunan ünvana kənar müdaxilənin olması barədə informasiya stasionar telefon kabelləri ilə yox, elektomaqnit dalğaları ilə ötürülür: “Bununla mühafizə olunan yerin kənar müdaxiləyə qarşı bir neçə istiqamətdən rəqəmsal (digital) həssaslığı polisin həmin ünvana 2-5 dəqiqə içərisində çatmasını şərtləndirir. Eləcə də xüsusi yerlərdə quraşdırılan kameralar vasitəsilə mühafizə olunan yerdən foto-video görüntülər elektron qaydada dərhal polis orqanına ötürülür. Əgər kimsə oğurluğa cəhd edib, təhlükəsizlik sisteminin mövcudluğundan xəbər tutub ərazidən uzaqlaşsa belə , onunla bağlı məlumatlar mərkəzdə toplanır.

Reallıqlar və faktlar, aşkarlanan hüquqazidd əməllərin təhlili göstərir ki, mühafizə edilən ünvanlarda rəqəmsal təhlükəsizlik sistemi ən səmərəli vasitədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR