DİN metroda qatar yolunda gəzişən vətəndaşla bağlı məlumat yayıb

DİN metroda qatar yolunda gəzişən vətəndaşla bağlı məlumat yayıb
  • Clock-gray 12:44
  • calendar-gray 12 Dekabr 2019

Daxili İşlər Nazirliyi (DİN) dekabrın 11-də saat 18 radələrində metronun “Neftçilər” stansiyasında qatar qolunda gəzişən vətəndaşla bağlı məlumat yayıb.

DİN-dən APA-ya verilən məlumata görə, dekabrın 11-də saat 18 radələrində metronun “Neftçilər” stansiyasının platformasında bir nəfər qatar yoluna düşərək, orada gəzişərkən DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən dərhal görülmüş tədbirlərlə qatar yolundan çıxarılıb.

Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib.

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date