DİN övladının gözü qarşısında ataya zor tətbiq edilməsinə dair görüntülərə münasibət bildirib

DİN övladının gözü qarşısında ataya zor tətbiq edilməsinə dair görüntülərə münasibət bildirib
  • Clock-gray 17:30
  • calendar-gray 29 Mart 2021

Daxili İşlər Nazirliyi tərəfindən sosial şəbəkələrdə övladının gözü qarşısında atasına zor tətbiq edilməsi ilə bağlı yayılan görüntülər araşdırılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, vətəndaşa qarşı hər hansı fiziki təzyiq göstərilməyib, yayılan iddialar əsassızdır: "Qanunsuz əlvan metal daşıdığı üçün Nərimanov rayonu ərazisində Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən Vüqar Mahmudovun idarə etdiyi “VAZ 21-011” markalı avtomobilə “saxla” işarəsi verilib. Sürücü yol polisinə tabesizlik göstərərək polisin qanuni tələblərindən müxtəlif vasitələrlə yayınmağa çalışıraq, yanında olan azyaşlı övladını bərkdən-bərkdən qışqırmağı, yaxınlıqda olan vətəndaşların diqqətini cəlb etməyi tapşırıb. Tabesizlik göstərən sürücü əraziyə çağırılan Əlahiddə Çevik Polis Alayının naryad qrupu tərəfindən Nərimanov Rayon Polis İdarəsinin 17-ci  Polis Şöbəsinə təhvil verilib. Qeyd olunan hərəkətlərdə polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta görə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddələri ilə onun barəsində toplanmış matereallar baxılması Nərimanov rayon məhkəməsinə göndərilib".

Sail Ağasəlim

Digər xəbərlər