DİN polis əməkdaşının öldüyü qəza ilə bağlı məlumat yayıb

DİN polis əməkdaşının öldüyü qəza ilə bağlı məlumat yayıb
# 04 fevral 2020 12:14 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) ötən gün metronun Koroğlu stansiyası yaxınlığında baş verən ağır qəzası ilə bağlı məlumat yayıb.

DİN-dən APA-ya verilən məlumata görə, fevralın 3-də saat 8 radələrində Sabunçu rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini F.Ömərov idarə etdiyi “Toyota Prado” markalı avtomobillə yolun kənarında dayanmış, həmin ərazidə xidmət edən DİN-in Əlahiddə Çevik Polis Alayının əməkdaşı, polis serjantı N.Məhərrəmovu vurub və idarəetməni itirdiyindən avtomobil Bakı şəhər sakini P.İsmayılovaya dəyib.

Nəticədə polis əməkdaşı aldığı xəsarətlərdən hadisə yerində ölüb, P.İsmayılovaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR