DSX Çilov adasında köməksiz vəziyyətdə qalmış şəxsi xilas edib

DSX Çilov adasında köməksiz vəziyyətdə qalmış şəxsi xilas edib
  • Clock-gray 14:07
  • calendar-gray 03 Noyabr 2020

Noyabrın 2-də Çilov adası istiqamətində “SOCAR”ın “Geofizika və Geologiya İdarəsi” tərəfindən seysmik-kəşfiyyat işlərinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinə məxsus üzmə vasitəsinin mühərrikində texniki nasazlıq yaranıb və küləyin təsiri nəticəsində 1  nəfər heyətlə dənizin dərinliyinə doğru səmtlənib. Üzmə vasitəsi ilə rabitə əlaqəsinin kəsilməsi səbəbindən onun dəqiq mövqeyini müəyyən etmək mümkün olmayıb.

Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, üzmə vasitəsinin axtarışına köməklik göstərilməsi barədə daxil olmuş müraciətlə əlaqədar dərhal Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin növbətçi gəmisinə üzmə vasitəsinin axtarışı barədə göstəriş verilmiş və axtarış-xilasetmə tədbirlərinə başlanılıb.

Sərhəd gözətçi gəmisi tərəfindən qaranlıq hava şəraitində həyata keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində Çilov adasından cənub-qərb istiqamətdə, sahildən 7 mil məsafədə dənizdə estakadaya burazlanmış qayıq aşkar edilərək yedəyə alınmış, qayıqda olan şəxs - 1978-ci il təvəllüdlü Bakı şəhər sakini Balayev Həsən Böyükağa oğlu sərhəd gözətçi gəmisinin bortuna götürülüb və ona ilkin tibbı yardım göstərilib.

Dövlət Sərhəd Xidmətinin dəniz sərhədçiləri tərəfindən xilas edilmiş şəxs ”Geofizik-3” elmi-tədqiqat gəmisinə təhvil verilib.

apa-logo-mini

Digər xəbərlər