DSX: Yardımlıda sərhədboyu ərazidə 1 kq narkotik tapılıb

DSX: Yardımlıda sərhədboyu ərazidə 1 kq narkotik tapılıb
  • Clock-gray 16:22
  • calendar-gray 07 Yanvar 2021

Dövlət sərhədlərinin mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 2-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Arus kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş  mühafizəsinin təmin edilməsi üzrə keçirilən kompleks qoşun və əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə 1 ədəd sahibsiz bağlama aşkarlanıb.

Bağlamaya baxış zamanı təxmini çəkisi 1 kiloqram 400 qram narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək götürülüb. 

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Sail Ağasəlim

Digər xəbərlər