DSX: 96 milyon manat dəyərində qaçaqmalın qanunsuz keçirilməsinin qarşısı alınıb

DSX: 96 milyon manat dəyərində qaçaqmalın qanunsuz keçirilməsinin qarşısı alınıb
# 13 dekabr 2019 16:31 (UTC +04:00)

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 15 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edib.

DSX-dan APA-ya verilən məlumata görə, , bu barədə Dövlət Sərhəd Xidmətinin 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib. Məlumata əsasən, dövlət sərhədini pozduqlarına görə 739 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 13 min 526 nəfər, axtarışda olan 4699 nəfər saxlanılıb.

479 nəfər saxta, 51 nəfər özgəsinin sənədi ilə və 4 nəfər gizli şəkildə dövlət sərhədindən buraxılış məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb.

96 milyon 376 min manat dəyərində qaçaqmalın, 2 ton 240 kiloqram 973 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR