DYP: 490 nəqliyyat vasitəsinin icazəsi olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb

DYP: 490 nəqliyyat vasitəsinin icazəsi olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb
  • Clock-gray 11:42
  • calendar-gray 06 İyul 2020

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz,  Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 05.07.2020-ci il saat 00:00-dan 06.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1683 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 215 nəfər olmaqla ümumilikdə 1898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 27-i rayon, 45-i paytaxt istiqamətinə olmaqla 72, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 60-ı rayon, 56-ı paytaxt istiqamətinə olmaqla 116, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 207-i rayon, 95-i paytaxt istiqamətinə olmaqla 302 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə 490 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Səlcuq Elçin

Digər xəbərlər