DYP Şəmkirdə sürücüdən rüşvət alınmasına dair məlumatları təkzib edib - VİDEO

DYP Şəmkirdə sürücüdən rüşvət alınmasına dair məlumatları təkzib edib - VİDEO
# 27 mart 2021 12:55 (UTC +04:00)

Yol polisi əməkdaşı tərəfindən Şəmkir rayonunda "KamAZ" sürücüsündən rüşvət alınması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bunu APA-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev deyib.

Qurum rəsmisi bildirib ki, yayılan məlumatlar əsassızdır: “Araşdırma nəticəsində polisin sürücüdən pul alması faktı təsdiqini tapmayıb. Sadəcə həmin nəqliyyat vasitəsinin sürücüsü yük daşıma qaydalarını pozduğu üçün posta dəvət olunub, barəsində inzibati protokol tərtib olunub və inzibati məsuliyyətə cəlb edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR