DYP: Yanvarın 25-dən rayon və şəhərlərarası gediş-gəlişə nəzarət edən postlar ləğv olunacaq

DYP: Yanvarın 25-dən rayon və şəhərlərarası gediş-gəlişə nəzarət edən postlar ləğv olunacaq
  • Clock-gray 14:48
  • calendar-gray 16 Yanvar 2021

Yanvarın 25-dən etibarən rayon və şəhərlərarası gediş-gəlişə nəzarət edən postlar ləğv ediləcək.

Bunu APA-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev deyib.

DYP rəsmisi bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yanvar ayının 25-dən etibarən rayonlararası gediş-gəliş bərpa olunacaq: “Bununla əlaqədar həmin yollardan qurulan postlar da ləğv ediləcək. Şəhər və ya rayon qeydiyyatı olmasından asılı olmayaraq hər kəsin sərbəst gediş-gəlişinə icazə veriləcək. Müntəzəm marşrut avtobusları ilə sərnişindaşımaya isə icazə verilmir”.  

Sail Ağasəlim

Digər xəbərlər