DYP havanın dəyişəcəyi ilə bağlı sürücülərə xəbərdarlıq edib

DYP havanın dəyişəcəyi ilə bağlı sürücülərə xəbərdarlıq edib
  • Clock-gray 13:13
  • calendar-gray 11 Mart 2021

Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, gözlənilən hava şəraiti ilə əlaqədar olaraq sürücülər yollarda yüksək sürətdən və sərt manevrlərdən çəkinməli, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməli, avtomobilin salonunun istilik və havalandırma sistemindən düzgün istifadə etməlidirlər: “Sürücülərdən xahiş olunur ki, yolların buz bağlama ehtimalının olmasını nəzərə alaraq şinləri normalara uyğun olmayan nəqliyyat vasitələri ilə hərəkət etməsinlər. Həmçinin, bu cür hava şəraitində nəqliyyat vasitələrini idarə etmə vərdişləri olmayan sürücülərin avtomobil idarə etmələrinin onların özləri və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaratma ehtimalının yüksək olması nəzərə alınaraq, həmin sürücülərin sükan arxasına əyləşməmələri tövsiyə olunur”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bu gündən etibarən Bakıda və rayonlarda hava şəraitinin kəskin dəyişəcəyi, qarlı və küləkli havanın çovğuna səbəb olacağı, yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edib.

Sail Ağasəlim

Digər xəbərlər