DYP sürücüləri Bakı-Şamaxı yolundan istifadə etməməyə çağırıb - VİDEO

DYP sürücüləri Bakı-Şamaxı yolundan istifadə etməməyə çağırıb - VİDEO
# 12 mart 2021 14:40 (UTC +04:00)

"Mövcud hava şəraiti ilə bağlı Bakı-Şamaxı yolunda hərəkət tamamilə dayanıb".

Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev məlumat verib.

Onun sözlərinə görə, çovğun və buzlaşma nəticəsində həmin ərazidə avtomobillərin hərəkətində problem yaranıb.

N. Piriyev qeyd edib ki, hazırda həmin istiqamətdə hərəkətin bərpası üçün aidiyyatı qurumlar tərəfindən işlər aparılır: “Bir daha xahiş edirik ki, qarlı, buzlu yollarda avtomobil idarə etmək bacarığı olmayan sürücülər həmin istiqamətdə səfərə çıxmasınlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR