Daha bir koronavirus xəstəsi ictimai yerdə müəyyən olunub

Daha bir koronavirus xəstəsi ictimai yerdə müəyyən olunub
  • Clock-gray 09:56
  • calendar-gray 07 Dekabr 2020

Polis əməkdaşları tərəfindən özünütəcrid qaydalarına riayət etməyən "COVID-19” xəstələri ilə profilaktik işin təşkili davam etdirilir.

Daxili İşlər Nazilriyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, evdə müalicəsinə göstəriş verilən bu virusun aktiv daşıyıcılarının cəmiyyətin içinə çıxması hallarına rast gəlinməkdədir. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi olan Şüvəlan qəsəbəsində yaşayan  64 yaşlı  Ələkbər Hüseynov ictimai yerdə müəyyən olunaraq saxlanılıb. Polis əməkdaşları onunla maarifləndirici söhbət aparıb, tibbi prosedurlar gözlənilməklə həmin şəxs yaşadığı evə qaytarılıb. 

Ələkbər Hüseynov barəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq araşdırmaları davam etdirilir.

Səlcuq Elçin

Digər xəbərlər