Daşkəsən sakini ehtiyatsızlıqdan yanıq xəsarəti alıb

Daşkəsən sakini ehtiyatsızlıqdan yanıq xəsarəti alıb
# 05 mart 2021 02:59 (UTC +04:00)

Daşkəsən sakini yanıq xəsarəti alıb.

APA-nın yerli bürosunun məlumatına görə, 1994-cü il təvəllüdlü İsmayılov Ziyadxan Fikrət oğlu sifətinin və qolunun yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal gənc oğlana lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, 27 yaşlı Z.İsmayılov avtomobilin mühərrikində iş görən zaman ehtiyatsızlıqdan partlayış törədib. Bu zaman yanıq xəsarətləri alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR