Daşkəsən sakinlərindən narkotik götürülüb

Daşkəsən sakinlərindən narkotik götürülüb
# 03 fevral 2021 16:38 (UTC +04:00)

Daşkəsən sakinlərindən narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya bildirilib ki, daxil olmuş məlumat əsasında Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayonun Quşçu kənd sakini, əvvəllər məhkum olunmuş Anar Orucov saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman təmiz çəkisi 26.337 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində A. Orucova məxsus fərdi yaşayış evinə baxış keçirilib və həyətyanı sahədən 1 ədəd sellofan torbada təmiz çəkisi 1 kq 010 qr marixuana aşkar edilib.

Davam etdirilən digər bir əməliyyat-axtarış tədbiri nəticəsində Quşçu kəndinin digər bir sakini Elçin Əmrahovdan da 20.540 qram narkotik vasitə aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR