Daşkəsəndə 48 yaşlı kişi zəhərlənərək ölüb

Daşkəsəndə 48 yaşlı kişi zəhərlənərək ölüb
# 10 fevral 2021 12:03 (UTC +04:00)

Daşkəsəndə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, 1973-cü il təvəllüdlü Rafiq Hüseynov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Onun sirkə turşusundan zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR