Daşkəsəndə Şəmkir sakininin meyti tapılıb

Daşkəsəndə Şəmkir sakininin meyti tapılıb
# 22 dekabr 2019 00:08 (UTC +04:00)

Daşkəsən rayonunun Bayan kəndində kişi meyti tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, ölən şəxsin Şəmkirin Çinarlı kənd sakini, 1962-ci il təvəllüdlü Abdullayev Qurban Oruc oğlu olduğu müəyyən edilib.

Əraziyə hüquq-mühafizə orqanları cəlb edilib. Meytə baxış keçilib. Meyitin üzərində xəsarət izlərinin olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR