Daşkəsəndə avtomobil aşıb, ölən var

Daşkəsəndə avtomobil aşıb, ölən var
# 05 dekabr 2020 13:32 (UTC +04:00)

Daşkəsəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 4-də saat 8 radələrində Daşkəsən rayonunun Çovdar kəndi ərazisində Yevlax rayon sakini V.Mustafayev idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb və nəticədə sərnişini, Tovuz rayon sakini Şahlar Abbaslı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR