Daşkəsəndə qarlı hava qəzaya səbəb olub - FOTO

Daşkəsəndə qarlı hava qəzaya səbəb olub - FOTO
  • Clock-gray 00:39
  • calendar-gray 13 Mart 2021

Daşkəsəndə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Bayan kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "UAZ" markalı avtomobillə "VAZ 2170" ("Lada Priora") markalı minik maşını toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib. Hadisəyə səbəb yolun qarlı olmasıdır.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Digər xəbərlər