Daşkəsəndə tanışını bıçaqlayan şəxs tutulub - YENİLƏNİB

Daşkəsəndə tanışını bıçaqlayan şəxs tutulub - YENİLƏNİB
# 23 mart 2021 09:59 (UTC +04:00)

Daşkəsəndə tanışını bıçaqlayan şəxs saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Mübariz Novruzov tutulub.

***

saat 01:07

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Nizami küçəsində qeydə alınıb.

1964-cü il təvəllüdlü İsmayılov İqbal Müseyib oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

58 yaşlı kişinin tanışı tərəfindən bıçaqlandığı bildirilir. Məlumata görə, onların hər ikisi sərxoş vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR