Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib
  • Clock-gray 13:12
  • calendar-gray 30 Noyabr 2020

Dənizdə batan şəxs xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə,  "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Həyata keçirilən operativ tədbirlər nəticəsində vətəndaş Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Sail Ağasəlim

Digər xəbərlər