Dövlət Təbiət Qoruğunun direktoru: Vulkan püskürən ərazidə bundan əvvəl seysmik aktivlik qeydə alınıb

Dövlət Təbiət Qoruğunun direktoru: Vulkan püskürən ərazidə bundan əvvəl seysmik aktivlik qeydə alınıb
  • Clock-gray 16:39
  • calendar-gray 24 Yanvar 2021

"Azərbaycan ərazisi dünyada palçıq vulkanlarının klassik diyarı kimi məşhurdur. Dünyanın 42 ölkəsində 2500-dən artıq palçıq vulkanı vardır. Azərbaycanda isə 260-dan artıq palçıq vulkanı qeydə alınıb".

APA-nın məlumatına görə, bunu Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev deyib.

O bildirib ki, ümumiyyətlə Azərbaycan ərazisində palçıq vulkanlarının bütün növlərinə rast gəlmək mümkündür:

"Püskürmə intervallarına görə bizim ölkəmiz dünya üzrə liderliyi saxlayır. Palçıq vulkanlarının proqnozlaşdırılması mümkün deyil və digər seysmik proseslər kimi palçıq vulkanları da təhlükəlidir. Çünki palçıq vulkanları püskürən zaman alov hündürlüyü 500 metrdən yüksək olur. Yerin dərin qatlarından bərk süxurlar xaric olunur və hündür məsafələrə atılır. Ərazi boyunca palçıq vulkanının episentrindən kənarlara çoxsaylı radial ve konsantril çatlar yaranır ki, bu da təhlükəli məqamlardan hesab olunur. Son dövrlər seysmik aktivlik artdığına görə, palçıq vulkanlarının püskürməsinə tez-tez rast gəlirik. Quşçu vulkanının püskürməsi təsadüfi deyil. Çünki ərazidə bir neçə gün bundan əvvəl seysmik aktivlik qeydə alınıb və bu da palçıq vulkanlarının aktivləşməsinə təkan verir".

Onun sözlərinə görə,  budəfəki püskürmə Quşçu palçıq vulkanında baş verib: "Palçıq vulkanı 3 qrupdan ibarət olub, amma bu dəfəki püskürmə qeydə alındığı yer nadir hesab edilir. Quşçu palçıq vulkanının bu dəfəki püskürməsi zamanı xaric olunmuş süxurlar bərk haldadır. Digər püskürmələr zamanı suyunu konsentrasiyası xaric olunmuş maddələrin tərkibində çox və daha hərəkətli olduğu üçün nisbətən daha geniş əraziyə yayılır. Belə ki, bu dəfə qalaq formasında bir ərazidə toplanaraq nisbətən hündür kütlə yaradıb. Hesablamalar nəticəsində fərqli hündürlüklər qeydə alınıb və ümumi xaric olunmuş vulkan məhsulunun sahəsi 3 hektar ərazini, həcmi isə 27 min kub təşkil edir".

Əsmər Qabil

Digər xəbərlər