Dövlət ittihamının müdafiəsi üzrə idarəyə yeni rəis müavini təyin edilib

Dövlət ittihamının müdafiəsi üzrə idarəyə yeni rəis müavini təyin edilib
# 26 fevral 2020 12:28 (UTC +04:00)

Prokurorluq orqanlarında daha bir təyinat olub.

APA-nın əldə etdiyi məlumata görə, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin rəisi Anar Nəsibov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini təyin edilib.

Bu barədə Baş Prokurorluğun veb saytının müvafiq bölməsində məlumatlar yenilənib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, Baş prokurorun köməkçisi Zaur Axundzadə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR