Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
  • Clock-gray 14:03
  • calendar-gray 22 Mart 2021

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə, milli, irqi, sosial və ya dini nifrət və düşmənçilik salmaqda təqsirləndirilən Aslan Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, hakim Cavid Hüseynovun isədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, məhkəmə baxışı aprelin 1-ə təyin edilib.

Qeyd edək ki, A. Qurbanov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. 

Ona Cinayət Məcəlləsinin 281.2-ci (bir qrup şəxs tərəfindən dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (kütləvi informasiya vasitələrindən istifadə olunmaqla milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham verilib və barəsində həbs qətimkan tədbiri seçilib. 

Səlcuq Elçin

Digər xəbərlər