Dustaqların təcridxanaya narkotik keçirmək cəhdlərinin qarşısı alınıb - FOTO

Dustaqların təcridxanaya narkotik keçirmək cəhdlərinin qarşısı alınıb - FOTO
  • Clock-gray 12:07
  • calendar-gray 28 Mart 2020

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Savalanov Nicat Vilayət oğlu 2 saylı İstintaq təcridxanasına qəbul edilərkən üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman 1,250 qram psixotrop maddə “metamfetamin” və 0,047 qram narkotik vasitə “heroin” aşkar edilərək götürülüb.

Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Talıbov Elnur Qaçay oğlu 2 saylı İstintaq təcridxanasına qəbul edilərkən üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman 2,457 qram psixotrop maddə “metamfetamin” aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date