Eldar Sultanov: "Yevlaxda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzasının baş verməsi barədə məlumatlar yalandır"

Eldar Sultanov: "Yevlaxda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzasının baş verməsi barədə məlumatlar yalandır"
# 09 fevral 2020 14:19 (UTC +04:00)

Bəzi kütləvi informasiya vasitələrində fevralın 9-da guya Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində 3 nəfərin ölümü, 7 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsinə dair məlumatlar yayılıb.

APA-nın məlumatına görə, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov özünün facebook səhifəsində məlumat paylaşıb. Onun sözlərinə görə, həmin informasiyalar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur.

“Göstərilənlərlə əlaqədar, kütləvi informasiya vasitələrinin nümayəndələrindən bir daha xahiş olunur ki, sensasiya naminə reallığı əks etdirməyən məlumatların gələcəkdə yayılmaması, habelə bu kimi halların təkrarlanmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün aidiyyəti qurumların Mətbuat xidmətləri ilə dəqiqləşdirsinlər”, - E.Sultanov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR