Elşad Hacıyev DİN-də şöbə rəisi təyin edilib - ƏMR

Elşad Hacıyev DİN-də şöbə rəisi təyin edilib  - ƏMR
# 26 noyabr 2020 12:57 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinə rəis təyin edilib.

APA-nın xəbərinə görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, adıçəkilən vəzifəyə polis mayoru Elşad Hacıyev təyin edilib.

Məlumatı DİN-nin mətbuat xidmətindən APA-ya təsdiqləyiblər.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsi ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR