Ermənistanda Rusiya sülhməramlılarının yük avtomobili qəzaya düşüb

Ermənistanda Rusiya sülhməramlılarının yük avtomobili qəzaya düşüb
# 12 dekabr 2020 04:16 (UTC +04:00)

Dekabrın 11-də Ermənistanın Meqri şəhərində Rusiya sülhməramlılarının şəxsi heyət üçün ərzaq daşıyan “KaMAZ” markalı hərbi yük maşını İrana məxsus yük avtomobili ilə toqquşub.

APA-nın Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Telegram” kanalında hadisənin görüntüləri yayılıb.

İlkin məlumata görə, 2 sülhməramlı əsgər yaralanıb. Qəzanın başvermə səbəbləri barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR