FHN: "Alov qüllələri" yaxınlığında yanğın baş verməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir - YENİLƏNİB

FHN: "Alov qüllələri" yaxınlığında yanğın baş verməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir - YENİLƏNİB
# 23 may 2020 12:48 (UTC +04:00)

"Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb".

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirlyinin Mətbuat xidmətindən bildirilib.

Nazirlik qeyd olunan məsələ ilə bağlı bildirir ki, göstərilən ərazidə heç bir yanğın hadisəsi baş verməyib və yayılan video və şəkillər bir neçə il əvvəl baş vermiş hadisənin görüntüləridir.

"Bununla bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək hər hansı hadisə barədə daxil olan məlumatları yaymazdan əvvəl FHN-in Mətbuat xidməti ilə dəqiqləşdirməyə və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırırıq", - deyə Mətbuat xidməti qeyd edib.

***

11:16

Bakıda "Alov qüllələri" yaxınlığında yanğın baş verməsi barədə bəzi saytlarda gedən məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə APA-ya FHN-nin mətbuat katibi Gülçin Mehdiyeva bildirib.

Onun sözlərinə görə, "Alov qüllələri" yaxınlığında yanğın baş verməsi barədə yayılan video və fotolar bir neçə il əvvəl baş vermiş hadisənin görüntüləridir.

Sail Ağasəlim

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR