FHN: Bakıda boş ərazidə məişət və təkər tullantıları yanıb

FHN: Bakıda boş ərazidə məişət və təkər tullantıları yanıb
# 19 sentyabr 2020 12:25 (UTC +04:00)

Bakı şəhəri, Nərimanov rayonu, Z. Bünyadov prospekti yaxınlığındakı boş ərazidə 150 m² sahədə məişət və təkər tullantıları yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın saat 11:22-də Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR