FHN Bakıda yağış sularından zərər görən şəxslərə köməklik göstərib

FHN Bakıda yağış sularından zərər görən şəxslərə köməklik göstərib
# 17 avqust 2020 13:13 (UTC +04:00)

Bakının Binəqədi rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsi yağan yağışlar səbəbindən su ilə dolub.

APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, nəticədə 4-ü azyaşlı olmaqla 6 nəfər köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR