FHN Gəncədə yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb - YENİLƏNİB-1

FHN Gəncədə yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb - YENİLƏNİB-1
# 13 iyul 2020 15:30 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Gəncədə yanacaqdoldurma məntəqəsində baş verən hadisə ilə bağlı növbəti açıqlamasını yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhərinin Kəpəz rayonunda "LUKOİL" yanacaqdoldurma məntəqəsinin ərazisində tutumu 50 ton olan yeraltı yanacaq çəninin içərisində 7,2 ton yanacaq (benzin) yanıb. Yaxınlıqda olan 1 ədəd 50 tonluq və 3 ədəd 25 tonluq yanacaq (benzin və dizel) çəni yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

saat 12:42

Fövqəladə Hallar Nazirliyi Gəncədə yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində qısa zamanda yanğının yayılmasının qarşısı alınıb, yanğın saat 12:25-də söndürülüb.

Əlavə məlumat veriləcək.

***

saat 12:29

Gəncədə yanacaqdoldurma məntəqəsində partlayış olub.

APA-nın məlumatına görə, hadisə şəhərin Dədə Qorqud küçəsində yerləşən "Lukoil" yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

Əraziyə yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR