FHN: Ötən sutka ərzində 2 nəfər xilas edilib, 1 nəfər yanıq xəsarəti alıb, tank əleyhinə 2 mina ərazidən götürülüb

FHN: Ötən sutka ərzində 2 nəfər xilas edilib, 1 nəfər yanıq xəsarəti alıb, tank əleyhinə 2 mina ərazidən götürülüb
# 29 mart 2021 11:44 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 11 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 halda sursatların aşkar olunması faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalmış 2 nəfər xilas edilib, 1 nəfər yanıq xəsarəti alıb, 2 ədəd tank əleyhinə “TM-62M” təlim minası ərazidən götürülərək kənarlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR