FHN Samuxda baş vermiş partlayışla bağlı məlumat yayıb - YENİLƏNİB

FHN Samuxda baş vermiş partlayışla bağlı məlumat yayıb - YENİLƏNİB
# 04 dekabr 2020 23:33 (UTC +04:00)

Samux rayonunun Sərkar kəndində ümumi sahəsi 100 kv/m olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, partlayış dalğasının təsirindən evin divarları dağılıb, qapı və pəncərələri çərçivədən çıxıb. Yanğın nəticəsində evin 1 otağında 2 ədəd döşək yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

Saat 22:10

Samuxda qaz partlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sərkar kəndində qeydə alınıb.

Kənd sakini, 1996-cı il təvəllüdlü Cəlal Qurbanov ağır yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralıya lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, C.Qurbanov evdə işığı yandıran zaman partlayış baş verib. Təfərrüatlar araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR