FHN-in əməkdaşları bölgələrdə selin fəsadlarının aradan qaldırılmasına cəlb olunub

FHN-in əməkdaşları bölgələrdə selin fəsadlarının aradan qaldırılmasına cəlb olunub
# 12 iyul 2020 02:32 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi sel sularından əziyyət çəkən bölgələrdə suçəkmə işlərinə başlayıb.

APA nazirliyə istinadən xəbər verir ki, səhər saatlarından başlayaraq yağan intensiv yağışlar nəticəsində Gəncə şəhərinin, Şəmkir, Göygöl və Samux rayonlarının bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin, küçə və prospektlərin yağış suları ilə dolması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə çoxsaylı müraciətlər daxil olub.

Yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası yağış sularının dolduğu ərazilərə (Gəncə şəhərinin Kəpəz və Nizami rayonları, o cümlədən Gülüstan qəsəbəsi, Şəmkir rayonunun Könüllü kəndi, Samux rayonunun Alabaşlı qəsəbəsi, Göygöl rayonunun Qızılqaya qəsəbəsi və Üçtəpə kəndi) suçəkmə işlərinə cəlb olunub.

Hazırda suçəkmə işləri davam etdirilir və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR