FHN son sutka ərzindəki qəza-xilasetmə əməliyyatlarının sayını açıqlayıb

FHN son sutka ərzindəki qəza-xilasetmə əməliyyatlarının sayını açıqlayıb
# 06 mart 2021 12:28 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 24 yanğına çıxış və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insan həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 1 nəfər xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR