FHN: "EuroHome”da yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir

FHN: "EuroHome”da yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir
  • Clock-gray 14:05
  • calendar-gray 10 Dekabr 2019

Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən "EuroHome” tikinti materialları bazarında söndürülmüş yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir.

Bu barədə APA-ya FHN-nin mətbuat xidmətindən məlumat verilib.

“Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında mümkün təkrar lokal alovlanmanın qarşısının alınması üçün FHN-in müvafiq qüvvələri tərəfindən ərazidə söndürülmüş yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir”, - deyə Nazirliyin məlumatında qeyd olunub.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date