"Fab Boya”nın Gəncə filialı karantin qaydalarını pozub

"Fab Boya”nın Gəncə filialı karantin qaydalarını pozub
# 08 sentyabr 2020 17:29 (UTC +04:00)

Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsi "Fab Boya və Kimya Sənayesi” MMC və “Dəniz” MMC barəsində karantin qaydalarına nəzarət etmədiyinə görə inzibati protokol tərtib edilib.

APA-nın məlumatına görə, polis əməkdaşları şirkətlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsinə əsasən yazılan protocol tərtib edib. Protokola Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində baxılacaq.

Məhkəmə protokulu təmin etsə, şirkət 400 manat cərimə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR