Fövqəladə Hallar Nazirliyi AzTV-də baş vermiş hadisə ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi AzTV-də baş vermiş hadisə ilə bağlı məlumat yayıb
# 26 dekabr 2020 01:28 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin ərazisindəki binada dağıntı olması, 1 nəfərin dağıntılar altında qalması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, inzibati binadakı 1 otaqda tavanda və döşəmədə dağıntı baş verib, nəticədə 1996-cı il təvəllüdlü Gülverdiyev Gülverdi Namiq oğlu dağıntılar altında qalaraq ölüb.

Həyata keçirilən qəza-xilasetmə tədbirləri nəticəsində N.Gülverdiyevin meyiti dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR