Füzulidə ermənilərin atıb qaçdığı silah-sursat tapılıb - FOTO

Füzulidə ermənilərin atıb qaçdığı silah-sursat tapılıb - FOTO
  • Clock-gray 15:26
  • calendar-gray 09 Mart 2021

Vətən müharibəsində işğaldan azad olunmuş torpaqlarımızda erməni hərbi birləşmələrinin atıb qaçdığı silah-sursatın qısa zaman kəsiyində aşkar edilərək təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları aidiyyəti qurumların təmsilçiləri ilə birlikdə partladıcı vasitələrin, silah-sursatın aşkar edilməsi və istifadəyə yararsız olanların zərərsizləşdirilməsi məqsədi ilə xidməti ərazidə müntəzəm reydlər aparırlar.   

Növbəti belə tədbir zamanı Füzuli RPŞ-nin əməkdaşları tərəfindən erməni hərbi birləşmələrinə məxsus 6 ədəd avtomat, 2 ədəd pulemyot, 3 ədəd qumbaraatan, 1 ədəd tank əleyhinə raket kompleksi, 4 ədəd əl qumbarası, 726 ədəd müxtəlif növ mərmilər və alışdırıcıları, 8420 ədəd müxtəlif çaplı patronlar, avtomat daraqları və lüləsi aşkar edilərək götürülüb.

apa-logo-mini

Digər xəbərlər