Əmisini qətlə yetirən Gədəbəy sakinini polis saxlayıb - YENİLƏNİB

Əmisini qətlə yetirən Gədəbəy sakinini polis saxlayıb - YENİLƏNİB
# 12 iyul 2020 23:27 (UTC +04:00)

Gədəbəydə baş verən qətlin bəzi təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, 1988-ci il təvəllüdlü İsgəndərov Arzu İsmayıl oğlu ailə münaqişəsi zəminində əmisi 1957-ci il təvəllüdlü İsgəndərov Oruc Abbas oğlunu və onun həyat yoldaşı 1959-cu il təvəllüdlü İsgəndərova Sənubər Hüseyn qızını bıçaqlayıb. O.İsgəndərov hadisə yerində dünyasını dəyişib.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

***

22:34

Gədəbəyədə dəhşətli qətl hadisəsi baş verib.

APA-nın yerli bürsonun məlumatına görə, rayon sakini əmisini qətlə yetirib və onun həyat yoldaşını ağır yaralayıb.

Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR