Gədəbəy sakini tanışı tərəfindən bıçaqlanıb

Gədəbəy sakini tanışı tərəfindən bıçaqlanıb
# 19 iyul 2020 20:07 (UTC +04:00)

Gədəbəy rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İnəkboğan kəndində qeydə alınıb.

Kənd sakini Hüseynov Güloğlan İlham oğlu qarnının kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat olunub. Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, G.Hüseynov tanıdığı şəxslə münaqişə zamanı bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR