Gədəbəydə “Vaz 2106” və “UAZ” toqquşub, 3 nəfər ağır xəsarət alıb

Gədəbəydə “Vaz 2106”  və “UAZ” toqquşub, 3  nəfər ağır xəsarət alıb
# 16 fevral 2020 18:27 (UTC +04:00)

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Saratovka kəndində qeydə alınıb.

Hərəkətə olan “Vaz 2106” markalı minik avtomobili ilə “UAZ” markalı maşın toqquşub. Qəza nəticəsində 3 nəfər - rayonun Fərzalı kənd sakinləri ,1977-ci il təvəllüdlü Məsimov Hafiz Səməndər oğlu, 1977-ci il təvəllüdlü Rüstəmov Xəyyam Təhməz oğlu və 1983-cü il təvəllüdlü Yusibov Ramiz Arif oğlu xəsarət alıb.

Xəsarət alanlar Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, vəziyyətləri ağır olduğundan Gəncə şəhərinə yola salınıblar. Xəyyam Rüstəmovun vəziyyəti daha ağır olduğundan paytaxta yola salınıb.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR