Gədəbəydə avtoqəza zamanı bir nəfər xəsarət alıb

Gədəbəydə avtoqəza zamanı bir nəfər xəsarət alıb
# 08 mart 2021 20:46 (UTC +04:00)

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəyirmandağı kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını ilə "Hyundai" markalı avtomobil toqquşub. Qəza zamanı "VAZ"-ın sərnişini - 1990-cı il təvəllüdlü Şirinova Aynurə Vilayət qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR