Gədəbəydə baş verən güllələnmə hadisəsinin təfərrüatları məlum olub

Gədəbəydə baş verən güllələnmə hadisəsinin təfərrüatları məlum olub
# 21 fevral 2021 21:50 (UTC +04:00)

Gədəbəydə baş verən hadisənin təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, 1978-ci il təvəllüdlü Fətullayev Qamət Şahmalı oğlu qarın nahiyəsindən ehtiyatsızlıqdan güllə yarası alıb.

DİN-in mətubat xidmətinin əməkdaşı Eşqin Qasımov APA-nın yerli bürosuna bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib.

Onun sözlərinə görə, kənd sakini 1990-cı il təvəllüdlü Tağıyev Elnur Qurban oğlu ov tüfəngi ilə dovşan vuran zaman 1978-ci il təvəllüdlü Fətullayev Qamət Şahmalı oğlu xəsarət alıb.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

21:26

Gədəbəydə silahlı insident baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, orta yaşlı kişi güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Yaralı əməliyyat olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR