Gədəbəydə iki avtomobil toqquşub, ölən var

Gədəbəydə iki avtomobil toqquşub, ölən var
# 24 fevral 2020 13:02 (UTC +04:00)

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 22-də saat 17 radələrində Gədəbəy rayonunun Gər-Gər kəndi ərazisində kənd sakini Taleh Rəsulovun idarə etdiyi “VAZ-21015” avtomobillə Arıqdam kənd sakini A.Qarayevin idarə etdiyi “KamAZ” markalı avtomobil toqquşub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Rəsulov orada ölüb.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR