Gədəbəydə iki avtomobil toqquşub, ölən var

Gədəbəydə iki avtomobil toqquşub, ölən var
# 18 dekabr 2020 12:54 (UTC +04:00)

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mtəbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 17-də saat 19 radələrində Gədəbəy rayonu ərazisində Qarabulaq kənd sakini E.Abdullayevin idarə etdiyi “VAZ-21011” və Ş.Xudaverdiyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə E.Abdullayevin sərnişini olan həmkəndlisi Zabit Məmmədov hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib.

Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR